EN

Bu qəsəbələrdə 5 gündür su yoxdur - Rəsmi

Magistral içməli su xəttinin Zabrat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiqabad, 28 May, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb.

Bunu Aktual.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

"Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”, - o əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Zeynalabdin Tağıyev, Müşfiqabad, 28 May və Güzdək qəsəbələrində suyun verilişi dayandırılıb.

Chosen
5
2
ulusum.az

4Sources