EN

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşüb

REAL Partiyasının sədri Natiq  Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda Natiq Cəfərli özü məlumat verib.

"Bu gün REAL Partiyası Siyasi Komitəsinin sədri olaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüm. Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi oldu"-deyə, N.Cəfərli qeyd edib.

Partiya sədri əlavə edib ki, görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyi münasibəti ilə Natiq Cəfərlini təbrik edib və işində uğurlar arzulayıb.

"Cebheinfo.az"

Chosen
9
8
cebheinfo.az

10Sources