EN

Paşinyan: "Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır"

"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

"İndiki mərhələdə biz ölkələrimiz arasında sülhün möhkəm təməlinə çevrilə biləcək bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməliyik. Bu, bir-birimizin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddiaları və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlər qurmaq və sülh müqaviləsi tərəflərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün ikitərəfli mexanizmlərin yaradılması məsələsidir", - Paşinyan bildirib.

Chosen
4
37
demokrat.az

10Sources