EN

"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"

"Reytinq cədvəlində birinci yerdə olan Sinqapur baş nazirinin illik əmək haqqı əndazəni aşır..."
 
"Ola bilsin ki, Putinin həqiqətən pulları yoxdur, axı, onun mütləq hakimiyyəti var..." 
 
İşinin özəlliyi və çiyinlərinə düşən məsuliyyəti nəzərə alsaq, bir çox dövlət başçıları o qədər də çox qazanmır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Təbii ki, bu fikir yalnız söhbət rəsmi məlumatlardan gedəndə doğrudur, bunlara isə o qədər də bel bağlamaq olmaz.
 
Məsələn, əgər Ukraynada müharibə başlamazdan öncə rusiyalı məmurların təqdim etməli olduğu rəsmi vergi bəyannamələrinə inansaq, gəliri nisbətən az olan Rusiya prezidenti Vladimir Putin çox da zəngin dövlət qulluqçusu deyil.
 
Nəşr "PoliticalSalaries.com" saytından götürülən məlumatlara əsasən, dünya liderlərinin əmək haqları barədə rəsmi məlumatları təhlil edib.
 
Bu məlumatlara əsasən, ən çox əmək haqqı alan dövlət başçısı Sinqapurun baş naziri Lourens Vonqdur. Onun illik əmək haqqı təxminən 1, 69 milyon dollar təşkil edir.
 
Onun əmək haqqı əndazəni aşır və ikinci yerdə qərarlaşan və illik əmək haqqı 572 min dollar təşkil edən İsveçrə prezidentini çox-çox geridə qoyub.
 
Qərb ölkələrinin liderləri il ərzində 300-400 min dollar qazanır. Məsələn, Avstraliya baş naziri Entoni Albanaze 413 min dollar, prezident Bayden 400 min, Yeni Zelandiya baş naziri Kristofer Lyukson 312 min və Kanada baş naziri Castin Trüdo 301 min ABŞ dolları qazanır. Almaniya kansleri Olaf Şolts il ərzində 294 min dollar qazanır.
 
İsrail liderləri daha az əmək haqqı alır. Prezident Hersoq ildə 214 min dollar, baş nazir Netanyahu 185 min dollar qazanır.
 
Təbii ki, prezident Putini qeyd etməmək olmaz. "Political Salaries" saytının məlumatına görə, o, ildə cəmi 113 600 dollar qazanır, bu da reytinq cədvəlində 28-ci pillə deməkdir.
 
Prezident seçkilərindən öncə Rusiya prezidentinin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi bəyannamədə son 6 ildə özünün sadə olmayan işinə görə ildə təxminən 125 min dollar əldə etdiyi göstərilib. Bəyannaməyə görə, son illər Rusiya prezidenti yeni əmlak əldə etməyib.
 
Purinin mülkiyyətində Sankt-Peterburqda sahəsi 77 kv. metr olan mənzili, həmin şəhərdə olan qaraj yeri, qarajı, iki "Qaz M-21" avtomobili (1960-cı və 1965-ci il istehsalı), 2009-cu il istehsalı olan "Niva" avtomobili və 1987-ci il istehsalı olan "Skif" qoşqusu olduğu qeyd edilib.
 
ABŞ Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə, Rusiya prezidentinin sərvəti 40 milyard dollardır.
 
Ola bilsin ki, Putinin Qara dəniz sahilində sarayı var, dəyəri 100 milyon dollar olan, Ukraynaya hərbi müdaxilədən öncə təmiri bitməmiş Hamburqdakı limanı qəflətən tərk edən "Graceful" yaxtası da ona məxsusdur.
 
Ola bilsin ki, Putinin xaricdə daşınmaz əmlakı və yüksək keyfiyyətli heyrət doğuran qol saatı kolleksiyası da var. Amma nədənsə onun aktivlərini hələ heç kim aşkar edə bilməyib.
 
Milyardçıların sərvətlərinin dəyərləndirilməsində ixtisaslaşan "Forbes" nəşri həmçinin Putinin zənginliyinin nədən ibarət olduğunu müəyyən edə bilməyib.
 
Bununla bağlı bir neçə nəzəriyyə irəli sürülüb, bunlardan birinə görə, Putinin həqiqətən pulları yoxdur, çünki onun buna ehtiyacı yoxdur. Axı, onun mütləq hakimiyyəti var.
Chosen
24
moderator.az

1Sources