EN

Baydendən sonra Blinken də Almaniyaya səfərini ləğv edib

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, dövlət katibi Entoni Blinken əvvəllər planlaşdırıldığı kimi Almaniya və Anqolaya səfər etməyəcək və Laosda keçirilən Şərqi Asiya Sammitində iştirak etdikdən sonra Vaşinqtona qayıdacaq...

Poliqon xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü brifinq zamanı bildirib. Millderin sözlərinə görə, qrafikdəki dəyişikliklər prezident Co Baydenin bu ölkələrə səfərinin təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 8-də Dövlət Departamenti Baydenin Milton qasırğasının Florida ştatına yaxınlaşması ilə bağlı Almaniyaya uçuşunu təxirə salıb.

“Blinken Almaniya və Anqolada prezidentə qoşulmağı planlaşdırırdı, lakin prezidentin səfərinin təxirə salınmasını nəzərə alaraq, o, indi Laosdan Vaşinqtona qayıdacaq”, deyə Miller brifinqdə deyib.

Xatırladaq ki, Co Baydenin oktyabrın 10-da ABŞ-dan əvvəlcə Almaniyaya, daha sonra Anqolaya səfəri planlaşdırılırdı. Səfər oktyabrın 15-dək davam etməli idi. Almaniyada Amerika prezidentinin Ukrayna üzrə təmas qrupunun iclasında iştirakı gözlənilirdi.

Milton qasırğasının oktyabrın 9-da 3,3 milyondan çox insanın yaşadığı Tampa körfəzini vuracağı gözlənilir. ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanın 14,5 km/saat sürətlə hərəkət etdiyini, küləyin sürətinin 287 km/saata çatdığını bildirib. Milton hazırda NHC tərəfindən Kateqoriya 5 olaraq qiymətləndirilir. Qasırğa Floridaya yaxınlaşarkən 1,5 mindən çox uçuş ləğv edilib. Milton qasırğası Helen qasırğasının eyni ştatda 277 nəfərin həyatına son qoymasından bir həftədən çox sonraya təsadüf edir.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources