Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlir.
Bizim.Media xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.
Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:
“Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq. Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək”.
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq. Giriş sərbəstdir.
Bizim.Media