Bu ilin yanvar-sentyabr ayları ərzində 79 min 969 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
“İki sahil” xəbər verir ki, Fondun mətbuat xidmətindən bildirilib ki, müavinət ödənişləri 37 min 444 nəfər qız, 42 min 525 nəfər oğlan uşağına görə aparılıb.