EN

Baydenin müşaviri Bakıda səfərdədir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Bakıdakı səfirliyi öz "Facebook" hesabında paylaşıb.
"Biz COP29-un konfrans ərəfəsində görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq", - deyə paylaşımda qeyd olunub.
Chosen
16
5
oxu.az

10Sources