EN

Yurgen Kloppun yeni iş yeri müəyyənləşdi

Dortmund "Borussiya"sı və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Red Bull"un yeni qlobal futbol əməliyyatları rəhbəri olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist və insayder Kristian Falk X sosial şəbəkəsində danışıb.

Onun məlumatına görə, Klopp 2025-ci il yanvarın 1-də işə başlayacaq. Falk onu da qeyd edib ki, müqavilədə Kloppun Almaniya millisinin dəvət alacağı halda işdən ayrılması barədə bənd olacaq.

Qeyd edək ki, Klop məşqçi karyerası ərzində Almaniyanın "Maynts 05" (2001-2008), "Borussiya" (2008-2015) və İngiltərənin "Liverpul" (2015-2024) klublarını çalışdırıb. O, 2023/24 mövsümü başa çatdıqdan sonra "Liverpul"u tərk edib.

Klopp məşqçi karyerası ərzində Almaniya Bundesliqanın (2 dəfə), Almaniya Kubokunun (1), Almaniya Super Kubokunun (1), İngiltərə Premyer Liqasının (1), İngiltərə Federasiya Kubokunun (1), İngiltərə Liqa Kubokunun (2), İngiltərə Super Kubokunun (1) qalibi olub. O, "Mançester Siti" ilə bir dəfə Çempionlar Liqasının qalibi olub, bu klubla və "Borussiya" ilə iki dəfə turnirdə final oynayıb. Həmçinin UEFA Super Kubokunu, klublararası dünya çempionluğunu qazanıb, "Mançester Siti" ilə Avropa Liqasında final oynayıb.

Aydın

Chosen
7
qaynarinfo.az

1Sources