"Azərbaycanın dinamikasına, gələcəyinə və potensialına inandığımız üçün bu bazara addım atmışıq. Azərbaycanda elektron ticarət bazarının böyüməsi ilə birlikdə biz də rəqəmsal ekosistemə öz dəstəyimizi göstərəcəyik".
FED.az xəbər verir ki, bunu "Trendyol"un Bakı ofisinin açılışından sonra keçirilmiş mətbuat konfransında "Trendyol"un Baş İcraçı direktoru Erdem İnan bildirib.
O çıxışında, "Bu yola "PAŞA Holdinq" ilə çıxarkən, "PAŞA Holdinq"in Azərbaycanda fərqli sahələrdəki böyük təcrübəsini və "Trendyol"un texnologiyasını, logistikasını və satış təcrübəsini birləşdirdik və bu gün müsbət nəticələrini görməkdəyik. "Trendyol" daxil olduğu bazarlara yalnız məhsullar satmaq üçün baxmır, həmin bazarlarda rəqəmsal ekosistemin bir hissəsi olmağı, aparıcı bir qüvvəsinə çevrilməyi, irəli aparmağı hədfləyir", - deyib.
Erdem İnan qeyd edib ki, hazırda Azərbaycanın elektron ticarət bazarının həcmi illik 2 milyard dollardır:
"AzÉ™rbaycanın elektron ticarÉ™t bazarının hÉ™cminin 2030-cu ilÉ™dÉ™k illik orta hesabla 13% artacağını gözlÉ™yirik. AzÉ™rbaycan hÉ™lÉ™ e-ticarÉ™t yolunun baÅŸlanğıcındadır. "PAÅžA Holdinq" ilÉ™ birlikdÉ™ çalışaraq bir çox hÉ™lli, mÉ™hsulu, xaricdÉ™ qazandığımız tÉ™crübÉ™lÉ™ri AzÉ™rbaycan bazarına gÉ™tirÉ™cÉ™yik. 2028-ci ildÉ™ AzÉ™rbaycanda 1 milyard dollarlıq ticarÉ™t hÉ™cmi yaratmağı, 3 milyon müştÉ™riyÉ™ illik 60 milyon É™dÉ™d mÉ™hsulu çatdırmağı hÉ™dÉ™flÉ™yir. Bu hÉ™dÉ™flÉ™rÉ™ nail olmaq üçün rÉ™qÉ™msal ekosistemin bütün iÅŸtirakçıları - müştÉ™rilÉ™r, satıcılar, media agentliklÉ™ri, influserlÉ™r, logistika tÉ™rÉ™fdaÅŸlarımız, finteklÉ™r, banklar ilÉ™ birlikdÉ™ çalışacağıq".Â
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Türkiyənin onlayn- alış-veriş platforması "Trendyol"un nümayəndəliyi açılıb. E-ticarət nəhənginin Bakı nümayəndəliyi "Crescent" biznes mərkəzində yerləşir. Ofisin açılmasının Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artmasına, müştəri məmnuniyyətinin yüksəlməsinə, yerli logistika şirkətlərinin işinə müsbət töhfəsini verəcəyi gözlənilir. (Marja)