EN

İran İsraillə bağlı ərəb ölkələrinə XƏBƏRDARLIQ ETDİ

İran Fars körfəzinin ərəb ölkələrinə İsrailin cavab hücumu zamanı hərbi yardım və ya hava məkanı təmin etməyin məsuliyyəti barədə xəbərdarlıq edib.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Tehran hava məkanından istifadəyə icazənin qəbuledilməz olduğunu və belə bir addımın reaksiya ilə nəticələnəcəyini bildirib.

Qeyd olunub ki, İran hər bir körfəz ölkəsinin İsrailin hücumuna necə reaksiya verəcəyini və bu ölkələrdə yerləşən ABŞ bazalarında nələrin baş verəcəyini diqqətlə izləyəcək.

Musavat.com

Chosen
5
50
musavat.com

10Sources