EN

Bakıda BEŞ MİLYONLUQ əməliyyat: “TOST” piramidasının başçılardan biri saxlanıldı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn piramidası olan “TOST” platforması barəsində əməliyyat-texniki tədbir həyata keçirilib.

Korrespondent.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə piramidaya başçılıq edən şəxslərdən biri - 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs - 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.

"Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib. Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub", - məlumatda deyilir.

Bildirilib ki, müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Qeyd olunub ki, həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb. N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Chosen
8
49
korrespondent.az

10Sources