EN

Azərbaycanda daşıyıcılarla bağlı yeni konsept - Dövlət hər kilometrə görə pul ödəyə bilər

Bakı. Trend:

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yenikonsept təqdim olunub. Təqdim etdiyimiz sistem üzərində bütünhesablamalar qeydə alınıb.

Trend xəbər verir ki, bunuAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətininsədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihəilə bağlı ictimai dinləmədə bildirib.

“Sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövləttərəfindən hər kilometr hesabına pul ödənilir. Avropada avtobuslarbrutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdənpulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsliolur.

Bizim də təqdim etdiyimiz həmin sistemdir. Təqdim edilən sistemhökumət tərəfindən dəstəklənir. Bu istiqamətdə müvafiq dövlətorqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib.Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən birməsələdir”, - deyə Anar Rzayev qeyd edib.

Xəbər yenilənəcək

Chosen
24
22
az.trend.az

10Sources