EN

Gəncədə taksi sürücüsü bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olurlar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Chosen
18
9
oxu.az

10Sources