EN

"Honda" 1,7 milyon avtomobilini geri çağırır

"Honda Motor" ABŞ-də sükan mexanizmində qəza riskini artıran problemə görə 1,7 milyon avtomobilini geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin "MarketWatch" milli avtomobil yollarının hərəkətinin təhlükəsizliyi idarəsi (NHTSA) məlumat yayıb.

Geri çağırılma "Civic Type R", "Civic Hetchback", "Acura Integra" və "CR-V" daxil olmaqla bir neçə modelə aiddir.

Tənzimləyici bildirib ki, bu avtomobillərdə sükan mexanizmində avtomobilin idarə edilməsini çətinləşdirən və qəza riskini artıran istehsal qüsurları ola bilər.

 

Gözəl Həşimova

Chosen
19
iqtisadiyyat.az

1Sources