"Honda Motor" ABŞ-də sükan mexanizmində qəza riskini artıran problemə görə 1,7 milyon avtomobilini geri çağırır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin "MarketWatch" milli avtomobil yollarının hərəkətinin təhlükəsizliyi idarəsi (NHTSA) məlumat yayıb.
Geri çağırılma "Civic Type R", "Civic Hetchback", "Acura Integra" və "CR-V" daxil olmaqla bir neçə modelə aiddir.
Tənzimləyici bildirib ki, bu avtomobillərdə sükan mexanizmində avtomobilin idarə edilməsini çətinləşdirən və qəza riskini artıran istehsal qüsurları ola bilər.
Gözəl Həşimova