EN

Millinin forvardı Palmerə tərif yağdırdı: "Böyük və fenomenal oyunçudur"

İngiltərə millisinin və "Çelsi"nin hücumçusu Noni Maduke komanda yoldaşı Koul Palmeri tərifləyib.

Fanat.Az xəbər verir ki, "Independent" onun sözlərini belə çatdırıb:

"Koul unikal oyunçudur. O, ən gərgin anda belə, təzyiq hiss etmir. Bu, qürurvericidir. Palmer həqiqətən böyük və fenomenal oyunçudur. 

Koul dünyanın ən yaxşı futbolçusu ola bilərmi? Buna mən qərar vermirəm. Amma düşünürəm ki, onun üçün mümkünsüz nəsə yoxdur. Hələ Palmerin maksimumunu görməmişik. Ümid edirəm ki, bu ruhda davam edəcək".

Xatırladaq ki, "Mançester Siti"nin yetirməsi olan Palmer "Çelsi"yə ötən ilin yayında qoşulub.

Nihat

 

Chosen
10
fanat.az

1Sources