EN

Maykl Ceksonun ən böyük sirri - Keçmiş yoldaşı danışdı

Elvis Preslinin qızı müğənni Liza Mari Presli Maykl Ceksonun ən böyük sirrini açıb.

Teleqraf.com xəbər verir ki, müğənni Maykl Ceksonla Las-Veqasa səfərlərini xatırlayıb.

Həmin səfər zamanı Maykl Cekson ona sevgisini etiraf edib. "Bilmirəm, fərq etmisən, amma mən sənə aşiq oldum. İstəyirəm ki, biz evlənək, sən isə mənim uşaqlarımın anası olasan”, - Presli Mayklın sözlərini xatırlayıb.

Münasibətlərinin əvvəlində Cekson Mariyə ən böyük sirrini açıqlayıb, ona hələ də bakir olduğunu etiraf edib.

Presli keçmiş ərinin onunla münasibətindən əvvəl eşq macəralarını da sadalayıb. Müğənni Ceksonun aktrisa Tatum O`Nil və Bruk Şilds ilə öpüşdüyünü, lakin münasibətlərin öpüşməkdən o yana keçmədiyini bildirib.

Liza Mari Presli və Maykl Cekson 1994-cü ilin mayında evləniblər. Onların evliliyi cəmi iki il çəkib.


Müəllif: Arzu
Chosen
19
teleqraf.com

1Sources