EN

Qabriel Paulista bir aylıq sıradan çıxdı

Türkiyənin “Beşiktaş” klubunun braziliyalı mərkəz müdafiəçisi Qabriel Paulista cidi zədə alaraq uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu Super Liqanın 8-ci turunda “Qaziantep”lə görüşdə (1:1) ayaq əzələsindən zədələnib. Paulistanın azı 3 həftə komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırlıb. Onun tam sağalması təxminən bir ay çəkə bilər.

Xatırladaq ki, “Beşiktaş” Qabriel Paulistanı cari mövsümün əvvəlində Madrid “Atletiko”sundan transfer edib. Təcrübəli oyunçu “qara qartallar”ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Paulistanın İstanbul klubu ilə 3 illik müqaviləsi var.

Qabriel Paulista bu ilin yanvarında “Valensiya”dan “Atletiko”ya keçmiş və yarım mövsümlük müqavilə bağlamışdı. O, Madrid təmsilçisinin heyətində cəmi 5 matça çıxıb. Braziliyalı futbolçu karyerası ərzində “Vitoriya”, “Vilyarreal”, “Arsenal”, “Valensiya” kimi klubların da formasını geyinib.

Chosen
28
arena.az

1Sources