EN

"Sabah" uduzdu

Kişi basketbolçulardan ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivinə uduzub.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

Chosen
35
4
fanat.az

5Sources