EN

Stiven Siqal Donbasa getdi, ukraynalı əsirlərlə görüşdü

Amerikalı aktyor və rejissor Stiven Siqal Rusiyanın işğalı altında olan Donetsk vilayətinə gəlib və Yelenovkada təcridxanaya baş çəkib.

Publika.az xəbər verir ki, səfərin görüntülərini “Vesti” yayıb.

Siqal ukraynalı hərbi əsirlərlə, “Azov” batalyonunun üzvləri ilə də söhbət edib. “Bizimlə kifayət qədər yaxşı rəftar olunur, şikayət edəcək heç nə yoxdur”, – əsirlərdən biri aktyora deyib.

Siqal məhbusdan evə qayıtmaq istəyib-istəmədiyini soruşduqda, o, bunu arzuladığını deyib.

Keçən il Siqal Ukraynada baş verən hadisələr haqqında sənədli film hazırladığını bildirmişdi.

Chosen
39
publika.az

1Sources