EN

Kloppun yeni iş yeri bəlli oldu

"Liverpul"da 9 illik fəaliyyətindən sonra məşqçilik fəaliyyətinə fasilə verən Yurgen Klopp yeni iş tapıb. Metbuat.az xəbər verir ki, adı ABŞ milli komandası, İngiltərə və Almaniya milliləri ilə hallanan Klopp, “Red Bull” şirkəti ilə razılaşıb. “Sky Germany”nin məlumatına görə, Klopp “Red Bull”da Qlobal Futbolun yeni rəhbəri olacaq. Klopp “Red Bull” nəzdindəki “RB Leipzig”, “RB Salzburg” və “New York Red Bulls” klubları da daxil olmaqla digər komandalarla çalışacaq.

Klopp “Red Bull”un oyun fəlsəfəsini daha da təkmilləşdirməsinə diqqət yetirəcək, eyni zamanda məşqçilər və gənc istedadları müəyyən etmək üçün skautlarla işləyəcək. Məlumata görə, Klopp yeni işinə gələn ildən başlayacaq və müqavilə bir neçə ili əhatə edəcək.

Chosen
14
metbuat.az

1Sources