EN

Saymon Stil: COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır

COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır.

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.

O bildirib ki, hər bir ölkə iqlim dəyişikliyi üçün resurslara sahib olarsa, bu zaman nəticəyə nail olmaq mümkündür:

“Biz COP29-da hər bir hökumətin üzərinə düşən öhdəlikləri artırmalıyıq. Gələn ilin sonuna kimi milli adaptasiya planları hazır olacaq. İqlim dəyişikliyi ilə bağlı olan öhdəliklər çox vacibdir. Hamımızın temperaturun 1.5 dərəcəsində saxlanması üçün öhdəliklərimiz var. Çalışmalıyıq ki, milli öhdəliklərin hamısı 1.5 dərəcədə saxlanılsın. Bütün tərəfləri köməyə və əlaqə saxlamağa çağırıram. COP-ların nəticələri paketlər formasında olur və hər bir məsələ orada qeyd olunur. Bu COP-da da bizim əlavə paketimiz var. Çalışırıq ki, iqlim dəyişiklikləri ilə bağll öhdəliklər reallığa çevrilsin. Biz gedişata kömək etməyə hazırıq”.

Chosen
13
apa.az

1Sources