EN

Nazir: “Rəqəmsallaşma fiskal gəlirləri son 6 ildə 2 qat artırıb”

Nazir: “Rəqəmsallaşma fiskal gəlirləri son 6 ildə 2 qat artırıb”“Rəqəmsallaşmaya yatırılan investisiyaların qarşılığını görmüşük. Bunun nəticəsində 6 il ərzində fiskal gəlirlər 2 qat artıb”. 

Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, fiskal sistemin rəqəmsallaşmasına yatırılan investisiyalar əsas investisiya sahələrindən biri olmağa davam edir. Bu da daha yaxşı idarəçiliyə, vergidən yayınmanın aradan qaldırılmasına, innovativ həllərin tətbiqinə gətirib çıxardı.

Bununla yanaşı nazir qeyd edib ki, bugünkü toplantı görülən işlərin təcəssümüdür. Bu sahədə Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin gördüyü işlər də təqdirəlayiqdir. “Paşa Holdinq” və “Trendyol” da bu mükəmməl təşəbbüsün iştirakçısıdır.

Pünhan

Chosen
15
valyuta.az

1Sources