EN

Youtube platforması yaradılanda ondan pul qazanılması ideası olmayıb- Youtube yaradıcısı

Youtube platforması yaradılanda ondan pul qazanılması ideası olmayıb. Bunu Bakıda keçirilən dördüncü "INMerge” Innovasiya Sammitində çıxışı zamanı youtube yaradıcısı Steve Chen deyib.

"Platformanı yaradanda pul qazanmaq barəsində düşünməmişdik. Sadəcə internetdən istifadə etməklə video yükləmək ideası var idi. İlk illərdə çox çətinliklər olub. Youtube google-a satıldıqdan sonra uğur qazanmağa və gəlir əldə etməyə başlayıb",- Chen bildirib.

Youtube yaradıcı qeyd edib ki, ilk məqsəd bu platformanı tanışlıq saytı kimi yaratmaq olub.

"Hazırda bu platformanı kiçik yaşlı uşaqlar da, böyüklər də sevərək izləyir. Youtube bir üstünlüyü budur ki, danışıq dili başa düşülməsə də videoyaya baxmaqla mövzunu anlamaq olur" - o əlavə edib. 

Steve Chen vurğulayıb ki, youtube ilk 12 dildə yaradılıb və ilk videosu 321 milyon baxış əldə edib.

Youtube həmçinin iphone 1-də dəstəklənən ilk yad proqram olub.
 
Gülnar Nazimqızı

www.anews.az
Chosen
23
anews.az

1Sources