EN

Könül Mehdiyeva Yunanıstan - İrlandiya matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda iş başında olacaq.

Belə ki, Könül Mehdiyeva UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Yunanıstan – İrlandiya oyunu oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Chosen
9
28
arena.az

10Sources