EN

Azərbaycan texnologiyalar və innovasiyalar sahəsində bölgədə lider mövqedədir– “Trendyol Group”

Bakı. Trend:

Azərbaycan texnologiyalar və innovasiyalar sahəsində bölgədəlider mövqedədir.

Trend xəbər verir ki, bubarədə “Trendyol Group”-un baş direktoru Erdem İnan Bakıda "PASHAHolding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiyaSammitində deyib.

" “INMerge Innovation Summit” - Azərbaycanın bölgədətexnologiyalar və innovasiyalar sahəsindəki lider mövqeyinin parlaqsübutudur. İnnovasiyalar gündəlik həyatımızı dəyişdirir, işmetodlarını, eləcə də müştəri və tərəfdaşlarla əlaqə qurmaüsullarını transformasiya edir", - o deyib.

Erdem İnan vurğulayıb ki, süni intellekt, dərin öyrənməalqoritmləri və böyük dil modelləri kimi yeni texnologiyalarınmeydana gəlməsi ilə ənənəvi iş prinsipləri yenidən dəyişikliklərəməruz qalır.

"Bu gün biz Azərbaycan əhalisinin 20 faizini əhatə edirik vəekosistemin inkişafına daha çox sərmayə qoymağa hazırıq. Bizim üçünölkə bazarına çıxış yalnız məhsul satmaq deyil, həm də rəqəmsalekosistemi genişləndirmək və yaxşılaşdırmaqdır. Biz hər zamanhəyata keçirdiyimiz bütün təşəbbüslərlə müsbət təsir göstərməyəçalışırıq. Biz maliyyə institutları, banklar, logistika şirkətləri,agentliklər, dövlət orqanları, eləcə də kiçik və orta müəssisələrlətərəfdaşlıq edirik. Məqsədimiz real müsbət təsir yaratmaq vərəqəmsal iqtisadiyyatın formalaşmasına kömək etməkdir", - “TrendyolGroup”-un baş direktoru qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Chosen
19
2
az.trend.az

3Sources