EN

“YouTube”nin həmtəsisçisi: “Silikon Vadisinə gedən sahibkarlar riskləri qəbul edirlər”

“İnvestorlar Silikon Vadisinə sahibkar olmaq və ya şirkət təsisçisi olmaq istədikləri üçün getmir”.

Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “YouTube”un həmtəsisçisi Stiv Chen deyib.

O, bildirib ki, oraya gedən investorlar ambisior olublar, riskləri qəbul ediblər:

“Bu iş üçün birinci növbədə riskləri qəbul etməyə hazır olmaq lazımdır. Əgər riskə girib uğursuz olacaqlarsa, başqa imkanlar barəsində düşünmək lazımdır. Ona görə də, bunun üzərində ehtiyatlı işləmək lazımdır. İstənilən bir şəxs işə başlayanda, “YouTube” üçün insanları işə götürəndə, ən azından bir şansı verməlisən. Karyeranda bir startapa başlamalısan ki, həyat  yolunda irəliləyə bilərsən. Biri də var ki, iri korporasiyada işləyirsən. Korporasiyada ideyalar götürürsən,  interaktiv onları həll edirsən, müştərilərlə həll edirsən. Qurmaq istədiyin biznesi qurursan. Və orada sənin müdirin olmur. Təbii ki, bu, birdən-birə baş vermir. Mən də öz biznesimə başlayanda baş icraçı direktor kimi başlamışam”.

Maya Hüseynova

Chosen
16
valyuta.az

1Sources