EN

Yeni baş məşqçi ilə bağlı "Neftçi"dən SON DƏQİQƏ AÇIQLAMAsı

“Yeni baş məşqçi ilə bağlı çalışmalarımız və fəaliyyətimiz davam edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

Məlum olduğu kimi, bakılılar Roman Qriqorçukla işbirliyinə son verib. İyunun 26-da görəvə gələn ukraynalı Premyer Liqanın ilk dövrəsinin ardından postunu tərk edib.

Səbəb birmənalıdır - komandanın gözləntilərin çox-çox gerisində qalması. Doqquz tura qələbə qazana bilməyən və cəmi 5 xal toplamaqla «ağ-qaralar» iddialılar qrupundan xeyli uzaq düşüb.

Qriqorçuk ona yaradılan əla şəraitə və verilən hər cür dəstəyə rəğmən, üzərinə götürdüyü məsuliyyətin altından qalxa bilməyib.

İndi isə vaxt azdır, yeni çalışdırıcı tapılmalıdır. R.Əfsərli axtarışların gedişatıyla bağlı aşağıdakıları söyləyib:

«Hələlik komandanı növbəti oyuna Sənan Qurbanov hazırlayır. Artıq 3 gündür ki, futbolçularməşqləri bərpa edib.

Əlbəttə ki, bu gün konkret adlar çəkə bilməyəcəm, amma axtarışlarımızın getdiyini söyləməliyəm. Namizədlərimiz var.

Bu yöndə müzakirələr aparılmaqdadır. Bir yenilik olan kimi klub bu barədə ictimaiyyətə məlumat verəcək».

Chosen
11
sportinfo.az

1Sources