EN

Qırğızıstanın dövlət başçısı Türkmənistana işgüzar səfər edəcək

Qırğız Respublikası Prezidentinin mətbuat xidmətindən Realın Mərkəzi Asiya Bürosuna verilən məlumata görə, prezident Sadır Caparov şair və filosof Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedəcək.

Qırğız Respublikasının Prezidenti Sadır Caparov Türkmənistan Prezidenti Serdar Berdimuhəmmədovun dəvəti ilə “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” beynəlxalq forumunda iştirak etmək üçün oktyabrın 11-də Aşqabadda işgüzar səfərdə olacaq. Forum türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunub.

Tədbirdə Mərkəzi Asiya və digər ölkələrin dövlət başçılarının iştirakı gözlənilir. Türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş qarşıdan gələn beynəlxalq forum ölkələr arasında mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Natiq Səlim,

KONKRET.az

Chosen
20
konkret.az

1Sources