EN

Kadırov senator və iki deputata qan davası elan etdi: “Vildberries” qalmaqalı böyüyür

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Moskvada “Vildberries” ofisi yaxınlığında baş verən atışmadan sonra Dağıstandan olan senator Süleyman Kərimov və Dövlət Dumasının iki deputatı Bexan Baraxoyev və Rizvan Kurbanova qarşı qan davası barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında danışıb.

Çeçenistan rəhbəri respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüşü zamanı vurğulayıb ki, “Vildberries” ofisində baş verən insidentə milli rəng vermək və məişət münaqişəsinə görə insanları bir-birinə qarşı qoymaq mümkün deyil.

“Əgər kimin Kadırovun adamlarına qarşı şikayəti varsa, onu şəxsən mənə bildirsinlər, çünki Kadırovun əsas adamı mənəm”, - Kadırov deyib.

“Vildberries” ətrafında baş verən hadisələrdən danışan Kadırov Dağıstandan olan senator Süleyman Kərimov, parlamentarilər Bexan Baraxoyev və Rizvan Kurbanovun da adını çəkib.

"Şahidlər var, onların sifariş verdikləri insanlar var, soruşublar ki, siz bunu etmək üçün nə qədər istəyirsiniz (Çeçenistan rəhbərinə qarşı sui-qəsd üçün)", - Kadırov qeyd edib.

“Əgər əksini sübut etməsələr, mən Bexan Baraxoyev, Süleyman Kərimova, Rizvan Qurbanova qarşı rəsmən qan davası elan edirəm”, - Çeçenistan rəhbəri vurğulayıb.

Yayda siyasətçi “Vildberries”in həmtəsisçisi Vladislav Bakalçukun şirkəti ələ keçirdiyini elan etdiyi bir video yayımlamışdı.

Chosen
41
19
publika.az

10Sources