EN

AFFA-nın vitse-prezidenti Yunanıstana gedəcək

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Chosen
6
28
futbolpress.az

10Sources