EN

bp-dən Azərbaycan, Gürcüstan və Türkiyədə atmosferə atılan tullantıların azaldılması planları barədə AÇIQLAMA

Bakı. Trend:

bp bərpa olunan enerji mənbələri sahəsindəki layihələr sayəsindəAzərbaycanda, Gürcüstanda və Türkiyədə emissiyaları 11 faizazaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regionalstrukturunun nümayəndəsi Aytən Hacıyeva Bakıda "PASHA Holding"tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitindədeyib.

“Bilirsiniz ki, yaxın zamanda bp SOCAR və Azərbaycan İnvestisiyaŞirkəti ilə razılaşma imzalayıb. Razılaşma çərçivəsində Cəbrayılrayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisiüzrə “Şəfəq” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bundanəlavə, bp “Səngəçal” terminalında “yaşıl” enerjinin tətbiqini dənəzərdə tutur. Bütün bu addımlar bp-nin regiondakı emissiyalarını11 faiz azaltmağa imkan verəcək”, - o qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Chosen
20
1
az.trend.az

2Sources