EN

O, dünyanın ən gözəl evli qadınlarından biri seçildi

Rusiyada Altay diyarından olan rusiyalı qadın “Kainat xanım 2024” müsabiqəsində üçüncü yeri tutub.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi İnstaqram hesabında verilib.

Barnauldan olan vizajist Natalya Çistyakova “İkinci vitse-kainat xanım” adına layiq görülüb.

Oktyabrın 2-dən 10-dək Cənubi Koreyanın İnçon şəhərində ən gözəl evli qadınlar seçilib. Müsabiqədə ABŞ, Avropa ölkələri və MDB ölkələrindən ümumilikdə 115 abituriyent iştirak edib.

Çistyakova 13 yaşlı əkiz uşaqları böyüdür, həmçinin Qadınlar üçün Regional Böhran Mərkəzinə nəzarət edir və xeyriyyə proqramlarında iştirak edir.

Bundan əlavə, onun öz markası olan makiyaj fırçaları var. “Gözəllik müsabiqələrində iştirak həyatımda yeni mərhələ olub və mənə uzun sürən xəstəlikdən və artıq çəkidən sonra depressiyadan çıxmağa kömək edib. Bu gün 44 yaşımda Kainatın ən gözəl qadınlarından birinə çevrildim”, – Çistyakova qələbəsini şərh edib.

Qalib Belarus Respublikasından olan iştirakçı Natalya Doroşko olub.

“Kainat xanım” beynəlxalq gözəllik müsabiqəsi 2007-ci ildən keçirilir. 18 yaşdan 55 yaşa qədər evli, boşanmış və ya dul qadınlar iştirak edə bilər.

 

Chosen
34
medianews.az

1Sources