EN

Ərdoğan bu ölkələrə gedir: məscid açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-dan 11-dək Albaniya və Serbiyada olacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, Ərdoğanın səfəri çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Ərdoğan hər iki ölkədə dövlətlər arasında yüksək səviyyəli əməkdaşlıq şurasının iclasına rəhbərlik edəcək.

Bundan əlavə, o, Albaniyada Türkiyə tərəfindən maliyyələşdirilən Tirana Namazkay məscidinin açılış mərasimində iştirak edəcək. Tədbirdə ölkənin baş naziri Edi Rama da iştirak edəcək.

Serbiyada keçiriləcək işgüzar konfransda Rəcəb Tayyib Ərdoğan və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı da nəzərdə tutulub.

Chosen
23
9
publika.az

10Sources