EN

Prezident baş katibi razı sala bilməyib

Prezident

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdə Kiyevin Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi məsələsini müzakirə ediblər.

Reyting.az
-ın xəbərinə görə, Rutte Zelenski və Starmerlə görüşdən sonra jurnalistlərə deyib ki, prezident və baş nazirlə əla danışıq aparsa da, Qərb silahlarının Rusiyanın dərinliklərindəki hərbi hədəflərə uzaq məsafədən zərbələr endirməsi məsələsində mövqe dəyişməyib.

Baş katib bildirib ki, bu barədə danışılsa da, yekun qərarın qəbulu hər bir konkret müttəfiqdən asılıdır.

Onun sözlərinə görə, hüquqi nöqteyi-nəzərdən müttəfiqlər Ukraynaya tədarük etdikləri silahların necə istifadə olunacağına özləri qərar verməlidir.

ELÇİN
Chosen
40
reyting.az

1Sources