EN

Azərbaycan icması Qarabağ reallıqlarını Niderland parlamentinin diqqətinə çatdırıb (FOTO)

Bakı. Trend:

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əksetdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycanərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimigöstərməsi orada yaşayan soydaşlarımız tərəfindən ciddi narazılıqlaqarşılanıb.

Bu ifadənin beynəlxalq hüquqa zidd olması və ədalətsiz olaraqistifadə edilməsi, Azərbaycan diaspor təşkilatlarının fəal şəkildəhərəkətə keçməsinə səbəb olub. Azərbaycan icması bu hadisəniölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bir hörmətsizlikkimi dəyərləndirərək, bəyanatlar veriblər.

Bu çərçivədə, “Ana Vətən” Niderland Azərbaycanlı QadınlarBirliyi məsələni daha yüksək səviyyəyə daşımaq məqsədilə Niderlandparlamentariləri ilə görüş tələb edib və bu məsələ ilə bağlı genişdəstək toplamaq üçün xüsusi bir petisiya hazırlayıb. Bu petisiyahəm yerli azərbaycanlı icma üzvləri, həm də beynəlxalqictimaiyyətin diqqətini məsələnin həssaslığına cəlb etmək məqsədidaşıyıb. Çünki belə ifadələrin Niderland-Azərbaycan münasibətlərinəmənfi təsir edə biləcəyi bəllidir və tez bir zamanda həll edilməsivacibdir.

Bununla bağlı parlamentə ünvanlanan müraciət də müsbətcavablandırılıb və Niderland Parlamentinin Xarici Ölkələrlə İş üzrəkomissiyasının üzvləri Azərbaycan icması ilə görüşüb. Bu görüşdəNiderland parlamentinin müxtəlif partiyalardan olan üzvləri Raymondde Roon (PVV), Isa Kahraman (NSC), Doğukan Ergin (DENK) vəkomissiya sədri Jesse Klaver (GroenLinks-PvdA) iştirak ediblər.

Görüş zamanı Azərbaycan diaspor təşkilatları Qarabağ münaqişəsivə Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə dair daha obyektivvə ədalətli mövqe tutmağın vacibliyini vurğulayıb. Xüsusilə görüşdəNiderland dövlətinin, parlamentinin və mediasının bu məsələlərəbirtərəfli yanaşma göstərməməli olduğu, münaqişənin həqiqisəbəblərinin və nəticələrinin dəqiq şəkildə dünya ictimaiyyətinəçatdırılmasının zəruriliyi qeyd edilib.

Diaspor nümayəndələri bu cür məsələlərin daha yaxşı anlaşılmasıüçün obyektiv, faktlara əsaslanan məlumatların yayılmasınınəhəmiyyətini vurğulayaraq, Niderlandın bu mövzuda dəqiq vəprinsipial mövqe sərgiləməsini tələb ediblər.

Bundan əlavə, Azərbaycan tərəfi Niderland parlamentinəhəqiqətləri yerində öyrənməyə imkan vermək üçün əhəmiyyətli birtəklif irəli sürüb. Parlament üzvlərinin Azərbaycana rəsmi səfəretmələri, işğaldan azad edilmiş əraziləri yerində görmələri vəorada törədilmiş cinayətlərlə tanış olmaları təklif edilib.

Hazırlanan petisiyada Azərbaycan icmasının ermənilərlə vəümumilikdə xalqımızın qonşu dövlətlərlə sülh şəraitində yaşamaqistəyi vurğulanır. Petisiyada diqqət çəkilən mühüm məqamlardan biridə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindənAzərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən dağıntılar,vandalizm aktlarına və bu dağıntıların saxtalaşdırılması faktınadünya ictimaiyyətinin biganə yanaşması olub.

Vurğulanıb ki, ermənilər Qarabağda yerləşən qədim Azərbaycanabidələrini, məscidləri, muzeyləri və mədəniyyət ocaqlarınısistemli şəkildə məhv edib, lakin dünya ictimaiyyəti bu hərəkətlərəyetərincə diqqət ayırmayıb.

Petisiyada, həmçinin, Birinci Qarabağ müharibəsi zamanı əsir vəitkin düşmüş, girov götürülmüş 4 minə yaxın azərbaycanlınıntaleyinə də toxunulub. Azərbaycan icması parlament üzvlərinindiqqətinə çatdırıb ki, bu insanlar barədə indiyə qədər heç birməlumat əldə olunmayıb və onların taleyi hələ də qaranlıq olaraqqalır. Bu məsələyə beynəlxalq təşkilatların, o cümlədən, BMT,Avropa Şurası və digər qurumların yetərli diqqət ayırmaması böyüknarazılıq doğurub.

Niderlandda yaşayan 15 minlik Azərbaycan icmasının adındanhazırlanan petisiyada, diaspor nümayəndələri ölkənin parlamentüzvlərinə müraciət edərək, orada qeyd olunan məsələlərinparlamentin müvafiq komissiyaları və iclaslarında diqqətlə müzakirəolunmasını tələb ediblər.

Görüşün sonunda iştirakçılar arasında qeyri-rəsmi müzakirələr vədanışıqlar davam edib. DENK Partiyasının nümayəndəsi Doğukan ErginAzərbaycan icmasının nümayəndələrinə xüsusi diqqət göstərərək, hərzaman Azərbaycan xalqının və Niderlandda yaşayan azərbaycanlılarınyanında olduqlarını vurğulayıb.

Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydəalınması və görüş ilə bağlı məlumat da yayımlanıb:

https://www.tweedekamer.nl/debat_en_vergadering/commissievergaderingen/details?id=2024A06861

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
21
az.trend.az

1Sources