EN

Ronaldinyo ABŞ futbol klubunun ortaq sahibi oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ABŞ-nin "Qrinvil Triumf" futbol klubunun səhmdarı olub.
Oxu.Az xəbər verir ki, bu barədə sport-express.ru məlumat yayıb.
Cənubi Karolinadan olan komanda 2018-ci ildə yaradılıb və üçüncü ABŞ liqasında oynayır.
44 yaşlı Ronaldinyo oktyabrın 9-da Nyu-York Birjasında müqavilə imzalayıb və "Qrinvil Triumf"un səhmdarı kimi təqdim edilib.
Ronaldinyo 2018-ci ildə təqaüdə çıxıb. O, "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "PSJ", "Barselona", "Milan" və "Keretaro" klublarında oynayıb.
Chosen
35
50
oxu.az

10Sources