EN

Ramzan Kadırov miyarder Süleyman Kərimova və Dövlət Dumasının 3 deputatına “Qan intiqamı” elan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimov və Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanovu onun sifarişli qətlə cəhddə əlaqəsi olmadığını sübut etməsələr, onları qan inttiqamı ilə hədələyib. O, bu barədə oktyabrın 9-da bildirib.

“Əgər əksini sübut etməsələr, Baraxoyev, Kərimov Süleyman və Qurbanov Rizvan qarşı rəsmən qan davası açacağam, şahidlər var, kimdən sifariş alıblar, soruşublar ki, sifarişi neçəyə qəbul edə bilərsiniz”.

“Kavkaz.Realii” nəşrinin çeçen dilindən tərcüməsindən belə çıxır ki, Qurbanov və Kərimov günahsız olduqlarını sübut edə bilmədikləri təqdirdə onlara qarşı təhlükə qüvvəyə minəcək. Lakin Kadırov artıq İnquşetiyadan olan deputat Baraxoevə heç bir şərt olmadan qan davası elan edib. Kadırov bu deputatlar və senator haqqında “Wildberries” onlayn mağazasının ofisinin yaxınlığında atışma ilə bağlı danışıb. Telegram-da videoya şərhində o yazıb ki, “bu [Willdberries hadisəsinə] səylə milli rəng verən və münaqişənin təhrikçilərinin guya Kadırovun adamları olduğunu iddia edən insanlar var”.

“Əgər kimin Kadırovun adamlarına qarşı şikayətləri varsa, onu şəxsən mənə bildirsinlər, çünki mən Kadırovun əsas adamıyam. Mənə suallarınız varsa, heç bir problem yoxdur! – o yazıb.

//Samir Qurbanov, Editor.az

Chosen
34
19
editor.az

10Sources