EN

Avropa Kuboku: Azərbaycan millisi Fransanı məğlub edib

“Azərreyl”in çimərlik voleybolu üzrə kişilərdən ibarət komandası klublararası Avropa Kubokunda (Beach Volley European Cup) oyuna çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz Monpelye şəhərində baş tutan turnirdə Fransanın “Re Beach” kollektivi ilə qarşılaşıb və iki oyunda məğlub edib. 

Daha əvvəl “Azərreyl”in qadınlardan ibarət kollektivi Avstriyanın “Berqstrand Beachvolleyball” klubuna iki matçda da şans verməyib - 2:0.

Kişilər və qadınlardan ibarət komandalarımız bu gün Sloveniya təmsilçisi “BVC Ludus” ilə üz-üzə gələcəklər.

Chosen
13
5
90deqiqe.az

6Sources