EN

Stomatoloji klinikada oğurluq - Anbaan görüntülər

Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.

Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürüb və mərkəzi tərk edib.

Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.


Müəllif: Teleqraf.com
Chosen
4
13
teleqraf.com

10Sources