EN

Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi

Qazaxda tələbələr arasında kütləvi zəhərlənmə qeydə alınıb.

E-huquq.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi bildirilir.

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

Chosen
3
1
e-huquq.az

10Sources