EN

Rusiya uşaqsızlığa görə vergi tətbiq etməyi təklif edib

Uşaqsızlığa görə verginin tətbiqi təşəbbüsü ilə Moskva Maliyyə və İqtisadiyyat İnstitutunun direktoru, iqtisadçı Aleksey Zubets çıxış edib. Onun fikrincə, belə bir verginin məbləği 30-40 min rubl (540-720 manat) olmalıdır, hətta sağlamlıq vəziyyətinə görə uşaq sahibi ola bilməyənlər də ödəməlidirlər. O, bu barədə “NTV” telekanalının “Görüş yeri” verilişində çıxışı zamanı bildirib.

Zubets hesab edir ki, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün hər ailədə ən azı iki uşaq olmalıdır.

— Ailənizdə bir uşağınız varsa, o zaman natamam “uşaqlılıq”dan da vergi tutulmalıdır. Yalnız kiçildilmiş ölçüdə” -dedi.

Öz növbəsində iqtisadçı Aleksey Kriçevski bildirib ki, regionlar üçün 40 min (720 manat) adi maaşdır, kənd yerlərində isə insanlar bundan da az alırlar. Ekspert uşaq böyütmək kimi onsuz da maddi yükü olan ailələr üçün vergi ideyasını hədsiz adlandırıb.

Yada salaq ki, bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin insanları öz təşəbbüslərini, xüsusən də cəmiyyətdə mənfi reaksiya yarada biləcək təşəbbüsləri diqqətlə nəzərdən keçirməyə çağırmışdı. Xüsusilə, uşaqsızlığa görə verginin tətbiqi ilə bağlı düşünülməmiş təşəbbüslərə qarşı xəbərdarlıq etdi.

- Təşəbbüsü səsləndirməzdən əvvəl düşünməlisən. Cəmiyyəti qorxutmağa ehtiyac yoxdur. Bunlar ifrat şeylərdir”, – Volodin onda deyib.

Almaz Həsənli

Chosen
18
oxumeni.az

1Sources