EN

Türk xalqlarının xarici dil mənimsəməsi ilə bağlı kitab nəşr olunub -Foto

Bakı Dövlət Universitetinin doktorantı, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərovanın “Xarici dil potensialının gücü: Türk dünyasının beynəlxalq arenada yüksəlişi” adlı kitabı çap olunub.

Xəzərnews.az xəbər verir ki, nəşrdə türk xalqlarının xarici dil mənimsəməsi və bunun onların iqtisadi, siyasi və mədəni inkişafına təsiri geniş şəkildə araşdırılıb.

Qeyd edək ki, kitabda həmçinin təkcə Azərbaycan dili deyil, bir sıra türkdilli xalqların dil xüsusiyyətləri, xarici dil öyrənmədə qarşılaşılan çətinliklər və həlli yolları, xarici dil bacarıqlarının iqtisadi inkişafa təsiri və s. kimi mövzular əhatəli şəkildə təhlil edilib.

Nəşrdə türk dünyasının çoxdilli gələcəyi, qloballaşma və texnoloji inqilab kontekstində perspektivlər də yer alıb. Türk xalqlarının zəngin tarixi və mədəni irsinin qorunması ilə müasir qlobal tendensiyalara adaptasiya arasında optimal balansın tapılması məsələlərinə də xüsusi diqqət yetirilir.

“Reading” Nəşriyyatında çap olunan kitab giriş, 11 fəsil və ədəbiyyat siyahısından ibarətdir.







İsmayil
XəzərNews.az


Xəbər 3 dəfə oxunub.
Chosen
6
1
xezernews.az

2Sources