EN

Bakı konfransı COP28-in uğurlu davamı olacaq

COP28-in prezidenti Sultan Əl-Cabir BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyadakı çıxışında əvvəlki iqlim konfranslarında əldə edilən müsbət nəticələrin noyabrda reallaşacaq COP29-da daha yüksək səviyyədə möhkəmlənəcəyinə əminliyini diqqətə çatdırıb.

COP28-in prezidenti vurğulayıb ki, bu nəticəni əldə etmək üçün, ilk növbədə, beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır: “Biz hər bir milli səviyyədə müəyyənləşdirilən töhfənin ən yüksək ambisiyaya və həyata keçirilmək potensialına malik olmasını, eləcə də bütün komponentlər üzrə balanslaşdırılmasını gerçəkləşdirmək üçün birgə əməkdaşlıq etməliyik”.

Əl-Cabir bildirib ki, yalnız beynəlxalq ictimaiyyətin səyi ilə iqlim sahəsində irəliləyişdə ədaləti təmin etmək mümkün olacaq.

Chosen
7
xalqqazeti.az

1Sources