EN

Uyğunlaşma üçün işlər görülüb ki, ölkələr öz gələcəklərinə sərmayə qoya bilsinlər - ABŞ prezidentinin baş müşaviri

Bakı. Trend:

Uyğunlaşma, həmçinin fiskal məkanı yaxşılaşdırmaq üçün işlərgörülüb ki, ölkələr öz gələcəklərinə sərmayə qoya bilsinlər vəlazım gəldikdə fəlakətlərə cavab versinlər.

Trend xəbər verir ki, bubarədə ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə başmüşaviri Con Podesta Bakıda BMT-nin İqlim Dəyişmələri üzrəTərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən paneliclası zamanı deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden 2021-ci ildə uyğunlaşmaüçün ABŞ və milli səviyyəli maliyyəni 6 dəfə artırmağı vəd etdi ki,2024-cü ilə qədər ildə 3 milyard dollara çata bilərik, biz bunuetməyə hazırıq.

“Qeyd edim ki, həmin maliyyə ekstremal hava hadisələrininxərclərini əhəmiyyətli dərəcədə azalda bilən inkişaf etməkdə olanölkələr üçün mövcud olan erkən xəbərdarlıq vasitələrininyaradılmasını əhatə edir.

On ildən artıqdır ki, ABŞ inkişaf etməkdə olan ölkələrə öz milliuyğunlaşma planlarını formalaşdırmaq və həyata keçirmək üçünresurslar təqdim edir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
22
6
az.trend.az

8Sources