EN

“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsi çap olunub

“Dilçilik

Bakı, 11 oktyabr, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik araşdırmaları” jurnalının 2024-cü il üçün birinci nömrəsi çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məcmuənin bu nömrəsində “Məhəmməd Əmin Rəsulzadə -140”, “Dil tarixi”, “Türk dilləri”, “Müqayisəli dilçilik” mövzularında müxtəlif məqalələr əksini tapıb.

“Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

Chosen
30
azertag.az

1Sources