EN

2024-cü il üçün Nobel Sülh Mükafatı Yaponiyanın “Nihon Hidankyo” təşkilatına verilib

2024-cü il üçün Nobel Sülh Mükafatını Xirosima və Naqasakidəki partlayışlardan sağ çıxanları birləşdirən Yaponiyanın “Nihon Hidankyo” təşkilatına verilməsini Nobel Komitəsi elan edib.

Mükafat “Hibakusya” kimi də tanınan təşkilata "nüvə silahlarından azad bir dünyaya nail olmaq səylərinə və nüvə silahlarının bir daha heç vaxt istifadə edilməməsinin lazım olduğunu nümayiş etdirdiyinə görə" verilir.

“1945-ci ilin avqustunda atom bombardmanlarına cavab olaraq, üzvləri nüvə silahından istifadənin fəlakətli humanitar nəticələri barədə məlumatlılığı artırmaq üçün yorulmadan çalışan qlobal hərəkat yarandı. Tədricən nüvə silahının istifadəsini mənəvi cəhətdən qəbuledilməz adlandıran güclü beynəlxalq norma yarandı. Komitənin bəyanatında deyilir ki, bu norma “nüvəyə tabu” kimi tanınıb.

Nobel Komitəsi qeyd edib ki, “Hibakusya” nın tarixi sübutu nüvə silahından istifadənin qəbuledilməzliyi ilə bağlı dünya miqyasında mövqeyini formalaşdırmağa kömək edib.

Keçən il Nobel Sülh Mükafatı tanınmış iranlı hüquq müdafiəçisi Narges Mohammadiyə “İranda qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə” görə verilib.

Almaz Həsənli

Chosen
20
oxumeni.az

1Sources