Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsilə toqquşub.
İlkin məlumata görə, 2 nəfər həyatını itirib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.