EN

Məsut Özil “Qarabağ”ın düşərgəsində

Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil “Qarabağ” klubunun düşərgəsinə gəlib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin dəvəti ilə ölkəmizə təşrif buyuran dünya çempionu "Azərsun Arena"da keçirilən açıq məşqini izləyir.

Onun “Qarabağ”ın uşaq komandaları ilə oyunu da planlaşdırılır. Ardınca isə ulduz futbolçu mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbaxça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə DÇ-2014-ün çempionu adını qazanıb.

Chosen
15
1
football-plus.az

2Sources